Tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.
Mərasimdə onun ailə üzvləri ilə yanaşı, bir sıra ictimaiyyət və mətbuat nümayəndələri iştirak edib.
Vida mərasimi yekunlaşdıqdan sonra Araz Zeynalov Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Araz Zeynalov dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.


























