• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

ARB xəbər proqramını efirdən çıxartdı: Əvəzində Ülvira..

ŞOU

16 Sentyabr 2024 | 09:41

ARB xəbər proqramını efirdən çıxartdı: Əvəzində Ülvira..

"ARB Media Qrup"un tərkibinə daxil olan ARB televiziyasının efirindən xəbərlər buraxılışı çıxarılır.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, kanalda 35-40 dəqiqəlik efir vaxtı olan və 20:00-da yayımlanan "ARB xəbər" buraxılışını Ülvira Qarayevanın aparıcılıq edəcəyi sosial proqram əvəzləyəcək.

Məlumata görə, sentyabrın 16-ı, saat 20:00-da "ARB xəbər"in sonuncu buraxılışı olacaq. Bundan sonra ARB televiziyasının tamamilə sosial mahiyyətli kanal kimi fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki, media qrupun nəzdində fəaliyyət göstərən ARB-24 televiziyası gündəm, siyasət, iqtisadiyyat xəbərlərini ehtiva edən xəbər bloku və proqramları ilə fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR