• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Arvadını öldürüb intihara cəhd edən şəxs barədə QƏRAR

HADİSƏ

05 Sentyabr 2024 | 12:35

Arvadını öldürüb intihara cəhd edən şəxs barədə QƏRAR

Bir il öncə həyat yoldaşını öldürüb intihara cəhd edən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yalçın Məmmədov polis nəzarəti altında Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb olunub.

    Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.

    Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, hadisə 2023-cü il iyulun 30-da Masallı rayonu Təklə kəndində baş verib. 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş deşilmiş xəsarətlər alaraq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Habil oğlu Məmmədovun rayonun Təklə kəndində yerləşən evdə aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qətlə yetirdikdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026