• Bakı 17° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Aşıq Ələsgərin heykəli harada ucaldılacaq? - AÇIQLAMA

MƏDƏNİYYƏT-ŞOU

22 Aprel 2024 | 15:18

Aşıq Ələsgərin heykəli harada ucaldılacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin abidəsinin yaradılması ilə bağlı 2021-ci ildə müsabiqə elan edib.

Bakıvaxtı.az xatırladır ki, heykəltaraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz müsabiqənin qalibi olub. Abidənin memarı Malik Babayevdir.

Artıq xeyli müddətdir ki, heykəlin bürüncdən tökülməsi prosesi başa çatəb.

Bəs heykəl harada ucaldılacaq? Bununla bağlı Bakıvaxtı.az Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.

“Aşıq Ələsgərin heykəlinin nə vaxt və harada ucaldılacağı hələ də məlum deyil”, - deyə nazirlikdən sorğumuza cavab olaraq bildirilib.

 Günəş Mərd


SON XƏBƏRLƏR

03 May 2024