Astara şəhərində mərkəzi küçələrdən birinə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa "Facebook" statusda bildirib.
“Həmkarım hörmətli Rəşad Mahmudov bu şəkli mənə göndərdi və xeyli sevindim. Azərbaycanın ən gözəl guşələrindən biri olan doğma Astarada şəhərin geniş küçələrindən birinə Nuri Paşanın adı verilib və müvafiq lövhə vurulub. Millətimizin xilaskarına vəfa borcunu yerinə yetirən Astaraya salam olsun. İnşallah, Bakı da Astaradan nümunə götürər”, - deyə F.Mustafa paylaşımında qeyd edib.
















