Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC KNX avtomatik idarəetmə sistemlərinin ehtiyat hissələrinin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bakıvaxtı.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “CyberSpace” MMC-dir.
Qalib şirkət “CyberSpace” MMC ilə 27 min 517 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, “CyberSpace” MMC-nin dövlət büdcəsinə 4679 manat vergi bocu var.
“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
İbRa
















