• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mərkəzi Bank şirkəti cərimələdi - MƏHKƏMƏ BAŞLAYIR

CƏMİYYƏT

22 Iyul 2022 | 10:47

Mərkəzi Bank şirkəti cərimələdi - MƏHKƏMƏ BAŞLAYIR

 

Azərbaycan Mərkəzi Bank “Azfert” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank “Azfert” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Xəzər Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026