• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Atəş açılan yerin küli göyə sovrulmalıdır, ora Azərbaycan əsgərləri yerləşdirilməlidir” 

GÜNDƏM

30 Avqust 2021 | 14:07

“Atəş açılan yerin küli göyə sovrulmalıdır, ora Azərbaycan əsgərləri yerləşdirilməlidir”

“Azərbaycan əsgərinə atəş açılan istənilən nöqtə tarımar edilməlidir. Həmin mövqelər nəzarətimizə götürülməlidir və heç bir halda həmin mövqelər Ermənistana və rusların nəzarətinə qaytarılmalı deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Müdafiə naziri Zakir Həsənovun qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırığını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, görünür Ermənistan tərəfi hələ də məğlubiyyətini qəbul etmək istəmir: “Bu əmr əslində ilk dəfə orda əsgərimizə atəş açılanda verilməliydi. İstənilə halda müsbət addımdır. Nəinki cavab verilməlidir, atəş açılan yerin küli göyə sovrulmalıdır. Həmin atəş açılan mövqelərə dərhal Azərbaycan əsgərləri yerləşdirilməlidir. Bəlkə bu zaman Ermənistan hər atəş açdığı mövqeyi itirəcəyi qorxusu altında ağlını başına yığar. Çünki bunlar yalnız və yalnız gücə tabe olurlar. Əfsuslar olsun ki erməni tərəfi güc yolu ilə danışdıqda adekvat reaksiyalar verir.

Görünür ki Şurnux-Gorus yolunun açılmasında tələskənliyə yol vermişik. Yəqin ki o yol da qısa müddətdə bağlanar".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR