• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

İDMAN

11 Aprel 2025 | 09:13

Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Azərbaycanın yunan-Roma güləşçiləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu gün 5 idmançı xalça üzərinə çıxacaq.

Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) finala vəsiqə qazanmağa çalışacaqlar. Bu çəkilərdə medal qarşılaşmaları sabah baş tutacaq.

Bu gün həmçinin Jalə Əliyeva (57 kq) üçüncü yer uğrunda görüşdə Cenna Hemyae (Finlandiya) ilə üz-üzə gəlməlidir. Təmsilçimiz yarımfinalda zədələndiyi üçün məğlub olmuşdu.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.


SON XƏBƏRLƏR