• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa çempionatında Şəhriyar Məmmədyarov bürünc medal QAZANDI

İDMAN

19 Iyun 2023 | 23:05 | Müəllif: Qalib İbrahimoğlu

Avropa çempionatında Şəhriyar Məmmədyarov bürünc medal QAZANDI

Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan yığmanın şahmatçıları ilk dörd yeri tutaraq, pley-off mərhələsinə adlayıblar.

Reqlamentə əsasən, dairəvi sistemlə keçirilən yarışın pley-offunda niderlandlı Benjamin Boka məğlub olan Məmmədyarov 3-cü yer uğrunda dueldə Yan-Kşiştof Dudadan güclü olub.

Günay Məmmədzadə isə pley-offda niderlandlı Eline Rubersi üstələsə də, finalda Ermənistan təmsilçisi Elina Danielyana məğlub olaraq, ikinci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026