• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Voleybol klublarımızın avrokuboklardakı rəqibi MƏLUM OLDU

İDMAN

19 Iyul 2023 | 17:05

Voleybol klublarımızın avrokuboklardakı rəqibi MƏLUM OLDU

Bu gün voleybol üzrə Çempionlar Liqası, "CEV kuboku" və "Challenge Cup" yarışlarının püşkatma mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Lüksemburqda təşkil edilən tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.

Ölkəmizi qadınlar arasında "Challenge Cup"da təmsil edən "Azərreyl"in ilk rəqibi Ukraynanın "SC Balta" klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.

Avrokuboklarda debüt edəcək kişilərdən ibarət "Xarı bülbül" Şuşa klubunun rəqibi isə "TJ Spartak Myjava" klubu olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək.Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi "Xarı bülbül" Şuşa komandasının yeni seçilmiş prezidenti Nuran Hüseynov, klubun təsisçi-direktoru və komandanın kapitanı İlqar İmamquliyev təmsil ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026