Avropa İttifaqı ABŞ-ın maraqlarını ölkələrə yeridən siyasət yürüdür.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib .
O bildirib ki, bu gün Fransa diplomatiyası əlaqələndirici amil rolunu oynayan Aİ vasitəsilə tamamilə NATO və ABŞ-a tabedir:
“O, getdikcə ümumi xarici siyasət yeridir”.
F.Flippot həmçinin Avropa İttifaqını Çin və Rusiyanı düşmən güclər hesab edən “Vaşinqtonun bütün strateji maraqlarını” borc götürməkdə və üzv ölkələrə sırımaqda ittiham edib.
Fransalı siyasətçi vurğulayıb ki, əvvəllər Fransa ABŞ-ın xarici siyasətini tənqid etmək imkanına malik olsa da, hazırda bir çox məsələlərdə amerikapərəst mövqedən çıxış edir.
Mina Mikayılova
















