• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avropa İttifaqında vaksin sertifikatının müddəti uzadıldı

DÜNYA

14 Iyun 2022 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Avropa İttifaqında vaksin sertifikatının müddəti uzadıldı

Avropa Parlamenti və Aİ-yə üzv ölkələr COVID-19 əleyhinə vaksin sertifikatının müddətinin 2023-cü ilin iyununadək uzadılmasını qərara alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sənəd koronavirusun yeni ştamları ortaya çıxacağı təqdirdə Avropa vətəndaşlarının Şengen zonasında sərbəst hərəkətinə imkan verəcək.

Avropada peyvənd olunma, yaxud xəstəlikdən sağalmaya dair vahid sanitar sənəd haqqında qayda 1 iyul 2021-ci ildə tətbiq edilib (apa). Qaydanın vaxtı 30 iyunda başa çatacaq. Avropa Komissiyası fevral ayında qaydanın vaxtını uzatmağı təklif edib.

Deputatlar bilsdiriblər ki, qitədə epidemioloji vəziyyət hər an dəyişə bilər. Lakin rəqəmli vahid Covid-19 pasportu vətəndaşların sərbəst hərəkətinə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026