• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Britaniyada baş nazir seçkilərinin ilk mərhələsi keçirilib

DÜNYA

14 Iyul 2022 | 00:41 | Müəllif: Subhan Mahmudov

Britaniyada baş nazir seçkilərinin ilk mərhələsi keçirilib

İngiltərədə Mühafizəkarlar Partiyasında yeni lider və baş nazirin seçilməsi üçün səsvermənin birinci turu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, səkkiz namizəd arasında keçmiş maliyyə naziri Rişi Sunak 88, ticarət naziri Penni Mordont 67, xarici işlər naziri Liz Trass 50 səs toplayıb.

İlk səsvermədə partiyanın parlamentdəki 358 deputatından 30-nun dəstəyini ala bilməyən iki iddialı baş nazirlik yarışı ilə vidalaşıb.

İkinci səsvermə sabah keçiriləcək.

Son iki namizədin iyulun 21-nə kimi müəyyən ediləcək. Mühafizəkarlar Partiyasının yeni lideri və baş nazirin adı sentyabrın 5-də açıqlanacaq.

Boris Conson yeni hökumət başçısının adı açıqlanana qədər baş nazir vəzifəsində qalacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026