• Bakı 15° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Avropa İttifaqından Çinə zərbə: Tibbi cihaz tədarükü araşdırılacaq

DÜNYA

24 Aprel 2024 | 14:45

Avropa İttifaqından Çinə zərbə: Tibbi cihaz tədarükü araşdırılacaq

Avropa İttifaqı (Aİ) Komissiyası Çinin üzv ölkələrə tibbi cihaz tədarükü ilə bağlı araşdırmaya başlayıb.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, Avropa İttifaqı Çin administrasiyasını tibbi avadanlıq bazarında yerli təchizatçılara subsidiyalar verməklə, ədalətsiz ticarət siyasəti həyata keçirməkdə ittiham edərək araşdırma aparır.

Araşdırma çərçivəsində Aİ və AB üzv ölkələrindəki şirkətlərdən müvafiq məlumatlar toplanacaq. İstintaqın əsas məqsədi Pekinin Brüssellə ticarət əlaqələrini ədalətli və şəffaflıq prinsiplərinə uyğun olaraq Çinlə aparılan danışıqlar nəticəsində həyata keçirməsini təmin etməkdir. İstintaq 9 ay davam edəcək. Aİ Komissiyası lazım gələrsə, bu müddəti daha 5 ay uzadacaq. Araşdırmalardan sonra Çinin Aİ-nin tibbi cihaz tenderlərində iştirakına məhdudiyyətlər qoyula bilər. 

Məsələ ilə bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venb bildirib ki, bu addım Avropa İttifaqının imicinə xələl gətirəcək. Onun sözlərinə görə, Avropa İttifaqı öz qərarları ilə tədricən proteksionizmə doğru gedir.

"Brüsseli Çin ticarətini məhdudlaşdırmaq üçün hər cür bəhanədən istifadə etməməyə və əsassız ittihamlarını dayandırmağa çağırırıq" - deyə Çin XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ-dan sonra ikinci ən böyük tibbi cihaz bazarı Çinə məxsusdur. Çinin tibbi cihaz bazarı 2022-ci ildə təxminən 135 milyard avro (145 milyard dollar) dəyərində olub. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 May 2024