Ukraynanın Xarkov şəhərində 236 min kvadrat kilometr sahəsi olan yeraltı şəhərin tikintisi planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terekov məlumat verib.
Layihəyə əsasən, burada məktəblər, park, xəstəxanalar, ticarət mərkəzləri və kovorkinq məkanlarının yerləşdirilməsi planlaşdırılır.
Yeraltı şəhərə metro stansiyasından giriləcək, yuxarıda isə park zonası tikiləcək.
Layihənin yerli dizaynerlər tərəfindən "Norman Foster" bürosu ilə birlikdə hazırlandığı vurğulanıb.















