Avropa Parlamentinin (AP) yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 18-də Strasburqda baş tutacaq plenar iclas zamanı keçiriləcək.
Bakıaxtı.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, AP-yə müvəqqəti olaraq Avropa İnstitutu sədrinin birinci müavini Roberta Metsole rəhbərlik edəcək.
Qeyd edək ki, AP-nin 65 yaşlı prezidenti David Sassoli çərşənbə axşamı Aviano şəhərində gecə saatlarında vəfat edib.
















