Avrozonada inflyasiyanın illik ifadədə 2,2%-ə enməsi gözlənilir.
Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu, Avropa İttifaqının statistika idarəsi olan olan "Eurostat"ın hesabatında yer alıb.
Hesabata görə, avrozonada iyul ayındakı 2,6 faizlik illik inflyasiyanın avqust ayında 2,2% olacağı gözlənilir.
Qeyd edək ki, iyun ayında 2019-cu ildən etibarən ilk dəfə əsas faiz dərəcələri 25 baza bəndi azaldılıb. Yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, marjalı kreditləşmə və depozitlər üzrə faiz dərəcələri isə müvafiq olaraq 4,25%, 4,50% və 3,75% səviyyəsində qalıb.
Gülşən Şərif
















