• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Avstriya Lavrovun Krıma səfər təklifini qəbul etmədi

DÜNYA

26 Avqust 2021 | 14:48

Avstriya Lavrovun Krıma səfər təklifini qəbul etmədi

Avstriya Krıma rəsmi nümayəndə heyəti göndərmək niyyətində deyil. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq rusiyalı həmkarı Sergey Lavrovla Vyanada keçirdiyi birgə mətbuat konfransında deyib.

Avstriyada səfərdə olan Lavrovdan mətbuat konfransında Avstriyanın rəsmi heyətinin Krıma səfər etməsində Rusiyanın maraqlı olub-olmadığında, Şallenberqdən isə yarımadadakı insan haqları vəziyyətini qiymətləndirmək üçün bu cür planlarının olub -olmadığı soruşulub.

Sualı cavablandıran Lavrov ikiəlli razı olduğunu deyib:" İnsanlar Krıma nə qədər çox gəlsə, Rusiya Federasiyasının bu bölgəsində yarımadada baş verənləri daha obyektiv qəbul edərlər. Avstriyanın bir istəyi var, amma Avstriyanın Avropa həmrəyliyini pozmağa nə dərəcədə hazır olduğunu bilmirəm".

"Mən sizi məyus etmək istəmirəm, Sergey, amma hazırda Krıma nümayəndə heyəti göndərmək nə istəyi, nə niyyəti yoxdur",-  cavab verib Şallenberq .

Sonra Lavrov,Avstriyalı həmkarını hələ də Moskvaya və Krım da daxil olmaqla digər şəhərlərə dəvət etdiyini deyib. Şallenberg Moskvaya dəvətnaməni qəbul edib, amma Krımla bağlı susub.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026