• Bakı 21° C

    17.93 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

HADİSƏ

17 Iyun 2024 | 16:22

Avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Xaçmaz rayonunda avtomobil aşıb.

Bakıvaxtı.az bu barədə Reporta istinadla xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində baş verib.

Məlumata görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilib.

Belə ki,  Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü Əhmədov Qabil Əzizağa oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

25 Iyun 2024