• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avtomobil dirəyə çırpıldı -  Xəsarət alanlar var

HADİSƏ

22 Noyabr 2022 | 09:53

Avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var

İsmayıllı rayonunda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 22-də keçən gecə İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Mican kənd sakini Elşən Yusiflinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil işıq dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişini, həmin kənd sakini Gündüz Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026