Bakıda avtomobil işıq dirəyinə çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.
Belə ki, idarəetməni itirən "Mercedes" markalı avtomobilin sürücüsü maşını işıq dirəyinə çırpıb.
Hadisə nəticəsində sürücünün yaralandığı bildirilir.
















