• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avtomobillərin icbari sığortasında yeniliklər - VİDEO

CƏMİYYƏT

01 Dekabr 2021 | 14:45 | Müəllif: Subhan Mahmudov

Avtomobillərin icbari sığortasında yeniliklər - VİDEO

Azərbaycanda avtomobillərin icbari sığortasında yeniliklər ediləcək. Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda sığorta hadisəsi olanda zərər görənə zərər verən kompensasiya ödəyir. Yeniliyə əsasən, gələcəkdə qəza zamanı avtomobilinə zərər dəymiş şəxsə öz sığorta şirkəti tərəfindən ödənişin verilməsi nəzərdə tutulur.

Vüsal Qurbanov qeyd edib ki, dəyişikliklər sığorta xidmətlərini daha əlçatan edəcək. O deyib ki, ölkəmizdə sığorta növləri ilə bağlı xüsusi mobil tətbiq də hazırlanır. Mobil tətbiq yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək. Sığorta müqavilələrinin yenilənməsi ilə bağlı məlumatlar da mobil tətbiq vasitəsi ilə sürücülərə göndəriləcək.

Departament direktoru əlavə edib ki, mobil tətbiqdə vətəndaş sığorta hadisəsi baş verməsini və məsələnin həlli prosesini izləyə biləcək. Gələcəkdə sığorta hadisələrinin müstəqil ekspertlər tərəfindən qiymətləndirməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026