• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

“Ay İşığı” restoranında yararlılıq müddəti bitmiş içkilər aşkarlandı

CƏMİYYƏT

09 Fevral 2026 | 13:09

“Ay İşığı” restoranında yararlılıq müddəti bitmiş içkilər aşkarlandı

“Ay İşığı” restoranında müxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Qusarda Quba-Qusar yolunda fəaliyyət göstərən restoran fiziki şəxs Tağıyeva Romelya Akif qızına məxsus olub.

Bununla yanaşı restoranda mal qonşuluğu prinsipinə əməl olunmur, temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi quraşdırılmayıb, işçilər ilkin və dövri tibbi müayinədən keçməyib və digər nöqsanlar müəyyən edilib.

"Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

08 Fevral 2026