• Bakı 17° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ayseldən özünə bahalı ad günü hədiyyəsi - VİDEO

MƏDƏNİYYƏT

24 May 2023 | 15:50

Ayseldən özünə bahalı ad günü hədiyyəsi - VİDEO

Bloqer Aysel Şükür özünə etdiyi doğum günü hədiyyəsi ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, o, ad günü videoçarxını dünyanın ən hündür qülləsi “Bürc Xəlifə”də nümayiş etdirib.

“Xoş gəldin yeni yaşım, yeni xəyallarım, yeni ümidlərim, yeni sevinclərim... Xoş gəldin 30!”, - bloqer yazıb.

A.Şükürün bu görüntüləri tək öz səhifəsində 200 mindən çox izlənilib, saysız-hesabsız bəyənmə və şərh toplayıb.

Qeyd edək ki, “Bürc Xəlifə” qülləsinin üzərində həftəiçi saat 20:00-dan 22:00-dək üçdəqiqəlik lazerli reklamın qiyməti 70 000 dollardan (119 000 AZN-red.) başlayır, həftəsonları isə 100 000 (170 000 AZN-red.) dollarədək olur. Bloqerin ad günü videoçarxının neçə saniyə və ya dəqiqə nümayiş olunması barədə isə məlumat yoxdur. 

A.Şükür Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, iki dəfə ailəli olub, 3 oğul anasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026