• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Nigar yenidən plastik əməliyyat etdirəcək

MƏDƏNİYYƏT

23 Iyun 2023 | 10:53

Nigar yenidən plastik əməliyyat etdirəcək

"Məni ən xoşbəxt edən qızımdır. Başqası hələ yoxdur. Son vaxtlar xoşbəxtlik hormonlarım azalıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Gül kimi şou"da deyib. Xanəndə xoşbəxtliyindən danışıb.

Nigar etdirdiyi plastik əməliyyatlardan söz açıb. O bildirib ki, yenidən bıçaq altına yatacaq:

"Plastik əməliyyatlarımı gizlətmirəm. 1 aydan sonra yenidən plastik əməliyyat etdirəcəyəm. Əməliyyatı etdirməyə dəyər. Məni fikrimdən heç kim döndərə bilməz. Əndazəni aşmıramsa, xətti keçmirəmsə, biədəb nəsə etmirəmsə, bununla xoşbəxt oluramsa, niyə etməyim. Özümü sevən qadınam, güzgüyə baxanda özümü istədiyim kimi görmək istəyirəm".

Qeyd edək ki, Nigar bundan əvvəl burun və bədənşəkilləndirmə əməliyyatı etdirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026