• Bakı 24° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Azad edilmiş ərazilərdə daha 198 mina, 726 PHS aşkarlanıb

CƏMİYYƏT

08 Sentyabr 2025 | 12:40

Azad edilmiş ərazilərdə daha 198 mina, 726 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.09.2025-07.09.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 165 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 723 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

      Bildirilib ki, 1 304,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


      SON XƏBƏRLƏR