• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirildi

CƏMİYYƏT

26 Avqust 2024 | 18:15 | Müəllif: Subhan Mahmudov

Azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirildi

Azad olunan ərazilərdə avqustun 19-25-də 32 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 839 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1308.3 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR