• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Azərbaycan banklarının xalis xarici aktivləri artıb

İQTİSADİYYAT

30 Noyabr 2024 | 17:23

Azərbaycan banklarının xalis xarici aktivləri artıb

Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 290,2 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,1 %, ilin əvvəlinə nisbətən 4,3 %, 2023-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 17,5 % çoxdur.

Hesabat dövründə bankların xalis daxili aktivləri isə 18 milyard 162,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 9,6 %, ilin əvvəlinə nisbətən 8,5 %, illik müqayisədə isə 11,5 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

03 Iyun 2025