• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanın BRİKS-ə üzv olacaq - RƏSMİ

SİYASƏT

20 Avqust 2024 | 16:46 | Müəllif: Əli Hüseynov

Azərbaycanın BRİKS-ə üzv olacaq - RƏSMİ

Azərbaycan BRİKS təşkilatına rəsmi üzv olmaq üçün müraciət göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Anadolu agentliyi"nə açıqlamasında məlumat verib.

Qeyd edilib ki, iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan və Çin arasında “Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” qəbul edilib.

Bəyannamədə Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi qeyd olunub və Çinin bu istəyi müsbət qarşıladığı qeyd edilib.

Bildirilib ki, Rusiya prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana rəsmi səfəri çərçivəsində qəbul edilən birgə bəyannamədə Rusiyanın Azərbaycanın BRİKS-də iştirakını dəstəkləyib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026