• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan bu komitəyə üzv seçildi

SİYASƏT

30 May 2023 | 22:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycan bu komitəyə üzv seçildi

UNESCO-nun mənzil-qərargahında “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.

XİN-dən Bakıvaxtı.az-a bildirilib ki, sessiya zamanı, Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.

Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026