• Bakı 31° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

SİYASƏT

11 Fevral 2025 | 11:09

Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

Hazırda Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə göndərdiyi təbrik məktubunda deyilir:

“Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik”.

Dövlət başçısı inandığını bildirib ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri iki dövlətin və xalqın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2025