• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan neftinin qiyməti 72 dolları ötdü

İQTİSADİYYAT

05 Iyun 2021 | 10:04

Azərbaycan neftinin qiyməti 72 dolları ötdü

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Bakıvaxtı.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 71,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,81 dollar bahalaşaraq 69,62 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,68 dollar artaraq 72,48 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026