• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan Ordusunun yaradıcı kollektivi Astanada festivalda iştirak edəcək

SİYASƏT

05 Iyul 2023 | 19:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Ordusunun yaradıcı kollektivi Astanada festivalda iştirak edəcək

Azərbaycan Ordusunun bir qrup yaradıcı heyəti “Astana – Mədəniyyət karvanı” adlı beynəlxalq hərbi-musiqi festivalında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Hərbi Orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi festivalda maraqlı musiqi nömrələri təqdim edəcək.

Astana şəhərinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək festival iyulun 9-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR