• Bakı 24° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Azərbaycan "Tağıyev: Neft" filmini "Oskar" mükafatına namizəd kimi təqdim edib

MƏDƏNİYYƏT

04 Sentyabr 2025 | 15:27

Azərbaycan Tağıyev: Neft filmini Oskar mükafatına namizəd kimi təqdim edib

Azərbaycan "Tağıyev: Neft" filmini "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında Kino Akademiyasının 98-ci "Oskar" mükafatına namizəd kimi təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib.

Ş.Əliyev filmin "Oskar" mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib.

Məlumat üçün xatırladaq ki, "Tağıyev: Neft" filmi "Bakı Media Mərkəzi" tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub.

Ekran işi Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını və irsini işıqlandırır.

Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejissoru Zaur Qasımlıdır.


SON XƏBƏRLƏR

04 Sentyabr 2025