• Bakı 17° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən GÖRÜNTÜLƏR

CƏMİYYƏT

25 Sentyabr 2021 | 15:58

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən GÖRÜNTÜLƏR

Naxçıvanda “Sarsılmaz qardaşlıq – 2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR