• Bakı C

    10.28 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb

CƏMİYYƏT

03 Yanvar 2026 | 12:15

Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 118,852 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

Hesabat dövründə Azərbaycandan 58,581 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 11,9 % çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,56 %-ni, ixrac isə ümumi ixracın 0,25 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 213 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.


SON XƏBƏRLƏR