• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib

CƏMİYYƏT

15 Dekabr 2023 | 13:31

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib

“Qarabağ”ın “Hakken” üzərindəki qalibiyyətindən sonra Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

Bakıvaxtı.az xəbər verir ki, Avrokubokların qrup mərhələsinin VI turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Ağdam təmsilçisi pley-offa yüksəldiyi üçün reytinqimizə daha 0,500 əmsal yazılıb. Nəticədə cari mövsümdəki xallarımız 4,875-ə, son 5 mövsümdəki əmsalımız 19,125-ə çatıb. Bununla da Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib.

Qeyd edək ki, reytinqdə İngiltərə 100,533 əmsalla birinci pillədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026