• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

SİYASƏT

22 Noyabr 2022 | 20:35 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib.

Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

“Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026