• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq

SİYASƏT

11 Oktyabr 2021 | 12:01

Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

QMİ-nin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026