q
  • Bakı 18° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Azərbaycan və UN-Habitat Niyyət Məktubu imzalayıb

WUF13

16 May 2026 | 13:33

Azərbaycan və UN-Habitat Niyyət Məktubu imzalayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, mərasim Azərbaycan Prezidenti İlham Əliyevin mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbulundan sonra baş tutub.

Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax imzalayıblar.

Bildirilib ki, gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.


SON XƏBƏRLƏR

15 May 2026