• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yeməklərimiz yüzlüyə düşmədi - CƏDVƏL

CƏMİYYƏT

14 Dekabr 2023 | 15:34

Yeməklərimiz yüzlüyə düşmədi - CƏDVƏL

Ən yaxşı mətbəx, yemək, qida məhsulu və inqrediyentlərin illik "TasteAtlas" reytinqləri dərc olunub.

Bakıvaxtı.az xəbər verir ki, cəmi 395,205 (271,819 etibarlı) yemək reytinqi və 115,660 (80,863 etibarlı) qida məhsulu reytinqi qeydə alınıb.

Bu reytinqlərə əsasən, hər bir mətbəxin ən yaxşı 50 qida məhsulu çıxarılıb. Həmçinin, dünyanın ən yaxşı qiymətləndirilən mətbəxləri, hər bir ölkənin ən dadlı yeməkləri orta reytinqinə əsasən sıralanıb. İtaliya və Yaponiya eyni orta reytinqi alıb, lakin İtaliyanın ən yaxşı qiymətləndirilən yeməyi pizza yüksək reytinqinə görə bu il yenidən birinci yeri tutub. Üçüncü ən yaxşı qiymətləndirilən mətbəx isə Yunan mətbəxidir.

Qeyd edək ki, 2023-cü ilin ən yaxşı qiymətləndirilən yeməyi Braziliya ətindən olan Picanha, Malayziya çörəyi Roti Canai və Tayland qızartması Phat Kaphraodur.

Təəssüflə qeyd edirik ki, bu siyahıda Azərbaycan mətbəxi heç sonuncu yerləri də tutmayıb. Azərbaycanın milli mətbəxinə aid olan kabab Rusiya kababı adı ilə reytinq siyahısında yer alıb, lakin Azərbaycan bu siyahıda yoxdur.

Bakıvaxtı.az Azərbaycanın reytinq cədvəlində yer almaması ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyinə müraciət edib. Agentlikdən verilən cavab çox qısa oldu: “Reytinq cədvəllərini şərh etmirik”.

Aytac Aslan


Yeməklərimiz yüzlüyə düşmədi - CƏDVƏL
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026