• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı- YENİLƏNİB

CƏMİYYƏT

08 May 2024 | 01:10

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı- YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

***

7 may, saat 23:10

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, qidadan zəhərlənmə şübhəsi ilə 27 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

23:05

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

21:36

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.

Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.

Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.

*** 20:47

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvaviq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

18:33

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

Bakıvaxtı.az-ın məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir./apa


SON XƏBƏRLƏR

18 May 2024