• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda bu dövlət rüsumu ləğv edildi

CƏMİYYƏT

05 Noyabr 2021 | 14:23 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bu dövlət rüsumu ləğv edildi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qanuna təklif edilən dəyişikliyə əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsimləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qanuna təklif edilən dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR