• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda da zəlzələ gözlənilir? - RƏSMİ

CƏMİYYƏT

13 Fevral 2023 | 17:08

Azərbaycanda da zəlzələ gözlənilir? - RƏSMİ

Milli Elmlər Akademiyasının Respublika Seymoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzdən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır.

Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şayiələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq. Yayılan təxribat xarakterli şayiələrə inanmayın", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin, Türkiyədə bir həftəlik matəm elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026