• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB-dən AÇIQLAMA

CƏMİYYƏT

07 May 2021 | 12:31

Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda Hindistan ştammının aşkarlanması ilə bağlı fakta rast gəlinməyib.

Bunu Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Məlumatda qeyd edilir ki, hazırkı dövrə qədər ölkədə belə bir fakt qeydə alınmayıb : "Hələ ki, ölkəmizdə Hindistan ştammının yayılması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, hazırda qonşu İran da daxil olmaqla bir neçə ölkədə bu ştamm qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026