• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

CƏMİYYƏT

17 Mart 2021 | 15:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 268 nəfər müalicə olunaraq sağalıb, 840 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7546-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, bu günə qədər isə ümumilikdə 2 736 493 test icra olunub.


Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026