• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanda mobil operatorların gəlirləri artıb

İQTİSADİYYAT

20 May 2021 | 14:40

Azərbaycanda mobil operatorların gəlirləri artıb

2021-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 716,2 milyon manatlıq xidmət göstərilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 3,8 faiz artıb.

Bildirilib ki, bu xidmətlərin 75,2 faizi əhali tərəfindən (illik müqayisədə 3,4 faiz-bənd çox) istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 300,9 milyon manatı (illik müqayisədə 4,1 faiz çox) mobil telefon rabitəsi sahəsində formalaşıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026