• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda ölənlərin sayı artıb-Ekspertdən açıqlama 

CƏMİYYƏT

20 May 2021 | 13:09

Azərbaycanda ölənlərin sayı artıb-Ekspertdən açıqlama

 

Bu ilin birinci rübündə ölkədə 19 014 ölüm halı qeydə alınıb.

Bakivaxti.az xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.

İqtisadçı-ekspert Toğrul Vəliyev qeyd edib ki, bu ilin ilk 3 ayında qeydə alınan ölüm sayı keçən ilin ilk 3 ayı ilə müqayisədə 18% artıb.

“Eyni zamanda 2014-2019-cu illər üzrə yanvar-mart ayları üçün orta göstəricilər ilə müqayisə etsək, bu 4185 artıq ölüm deməkdir.

Eyni zamanda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) məlumatına görə bu ilin ilk üç ayında COVİD-19 xəstəliyi müəyyən edilmiş şəxslər arasında 926 ölüm faktı qeydə alınıb”,-deyə T.Vəliyev bildirib.

 

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026