• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda saxlanılan erməni diversantlar video müraciət etdilər

SİYASƏT

27 Aprel 2021 | 23:48

Azərbaycanda saxlanılan erməni diversantlar video müraciət etdilər

Azərbaycanda saxlanılan erməni diversantlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə ailələrinə video müraciət çatdırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bunu BQXK-nin Ermənistandakı nümayəndəliyinin nümayəndəsi Zara Amatuni “news.am” saytına verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, belə bir əlaqə vasitəsi ilk dəfə istifadə olunur. "Azərbaycanda saxlanılan erməni məhbuslara qohumları ilə telefonla əlaqə qurma imkanı verildi və videolar son görüşlər zamanı lentə alınaraq ailələrinə təhvil verildi", - Zara Amatuni əlavə edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq, ötən ilin dekabrında Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeydə alınıb və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvləri saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026